| Hz. Məryəmi Necə Tanıyırsınız? |
|---|
- Ana Səfihə
- Müəllif Haqqında
- Hz. Məryəmin yaşadığı cəmiyyət
- Quranda Məryəm oğlu İsa Məsih
Arif 16 Jul 2010 16:00
tebrikler
Bütün insanların yeganə yolgöstərəni Qurandır. Allah Quran ayələri ilə insanlara həyatları boyunca qarşılaşa biləcəkləri hər məsələdə ehtiyac duyajaqları hər cür bilgini, düzgün və səhv olanları bildirmişdir. Bundan başqa, Quran Peyğəmbərimizin (S.ə.v). Sünnəsini də bütün inananlar üçün bir yolgöstərən etmişdir. Ancaq bununla yanaşı, Allah Quranda peyğəmbərlərin və saleh möminlərin həyatlarından nümunələr göstərərək, insanların Quran əxlaqını gündəlik həyatda nejə yaşayajaqlarını görə bilmələrini təmin etmişdir.
Allah "And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim üz döndərsə, bunun zərəri ancaq onun özünə olar. Allah möhtac deyildir, O, tərifə layiqdir"! (Mumtəhinə 6)
Həqiqətən Biz sizə açıq aşkar ayələr, sizdən əvvəl gəlib gedənlər barədə hekayətlər və müttəqilər üçün öyüd nəsihət nazil etdik" və-si ayələri ilə bu insanların əxlaqında axirətə ümid edən təqva sahibi möminlər üçün gözəl nümunələr və nəsihətlər olduğunu xatırlatmışdır.
Adı Quranda qeyd edilən və möminlərin gözəl əxlaqı üzərində düşünüb özlərinə nümunə götürmələri lazım olan saleh möminlərdən biri də Hz.Məryəmdir. Hz.Məryəm"Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi... Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu" (Təhrim 11-12).
Dolayısı ilə Hz.Məryəmin bu gözəl əxlaqını hər məsələdə bizə ən düzgün məlumat verən Qurandan öyrənmək və bu əxlaq səviyyəsinə çatmağa səy göstərmək bütün mömin insanlar üçün mühüm bir məsuliyyətdir.
Allah Hz.Məryəmin şəxsində "ideal müsəlman qadın xarakteri"ni nümayiş etdirir. Quranda bildirilən ideal qadın xarakteri bu gün cahiliyyə cəmiyyətlərində geniş yayılan qadın xarakterlərindən çox fərqlidir. Cahiliyyə cəmiyyətlərində yaşayan qadınlar bütövlükdə cəmiyyət tərəfindən onlara uyğun görülən və nəsildən nəsilə ötürülərək günümüzə qədər gələn ortaq bir xarakteri yaşayırlar. Cahiliyyə cəmiyyəti qadının və kişinin hər ikisi üçün fərqli əxlaq xüsusiyyətləri müəyyənləşdirmişdir. Kişinin nümayiş etdirməli olduğu xarakter və ondan gözlənilən şəxsiyyət qadından gözləniləndən tamamilə fərqlidir. Həmçinin kişinin idealları, həyata baxışı, həyat tərzi, hadisələri dəyərləndirməsi də qadınınkılardan tamam ayrıdır.
Qurana görə isə qadınla kişi eyni məsuliyyətə malikdir. Allah Quranda "ideal bir müsəlman xarakteri"ndən bəhs edir. Bu xarakterdə kişinin məsul olduğu bütün əxlaq xüsusiyyətlərinə görə qadın da eyni şəkildə məsuliyyət daşıyır. Allah bir ayədə müsəlman qadının və müsəlman kişinin yerinə yetirməli olduğu bu ortaq İslam əxlaqını bu cür bildirir:
"Həqiqətən Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruj tutan kişilər və qadınlar, ayıb yerlərini qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır"
(ĆŹhzab 35)